İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu

239 31.07.2024 00:56 İdman A A

Bu gün nizam-intizamlı, səliqəli oyun oldu.

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurbanov Bakıda Cəbəllütariqin "Linkoln" kollektivini 5:0 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis tribunadakı azarkeşlərin onlara əlavə motivasiya verdiyini bildirib: "Avrokuboklarda çıxış edən digər təmsilçilərimizə uğurlar arzulayıram".

Qurbanov III təsnifat mərhələsində potensial rəqibləri barədə də danışıb: "Bütün fikrimizi bugünkü oyuna yönəltmişdik. Bolqarıstan təmsilçisi "Ludaqorets" Avropada son vaxtlar yaxşı çıxış edir. "Dinamo"nun (Belarus) da heyəti gəncdir və sürətli futbolçuları var. Güclü olan tərəf bizə rəqib olacaq".

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. İlk matçda "Ludoqorets" qələbə qazanıb - 2:0.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR