İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko onu əfv etdi: Cinayət Məcəlləsinin 6 maddəsi üzrə təqsirləndirilmişdi

297 31.07.2024 00:26 Dünya A A

Belarus prezidenti Aleksandr Lukaşenko terror fəaliyyəti iddiası ilə ölüm cəzasına məhkum edilmiş Almaniya vətəndaşı Riko Krigeri əfv etmək qərarına gəlib.

Musavat.com xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısı bütün halları nəzərə alaraq əfv haqqında qərar qəbul edib”, - məlumatda deyilir.

Kriger Cinayət Məcəlləsinin 6 maddəsi ilə təqsirli bilinib və o, məhkəmə tərəfindən müstəsna cəzaya məhkum edilib. Almaniya vətəndaşı Belarus prezidentinə əfv xahişi ilə müraciət edib.

Daha əvvəl bildirilmişdi ki, Minsk vilayət məhkəməsinin qərarı ilə Kriger terror aktı törətməkdə, xarici dövlətin təhlükəsizlik orqanlarının kəşfiyyat xidməti ilə əməkdaşlıqda, qəsdən ölkənin milli təhlükəsizliyinə zərər vurmaq məqsədi daşıyan hərəkətləri törətməkdə təqsirli bilinib. Krieger məhkəmənin qərarından apellyasiya şikayəti verməmişdi. Bu da onun əfvi məsələsinin Minsklə razılaşdırılmış olması barədə məlumatların yayılmasına səbəb olub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR