İnsanlara hürriyət, millətlərə istiqlal!

Olimpiya çempionu olan Hidayət Heydərovun müəllimi DANIŞDI

199 31.07.2024 03:12 İdman A A

"Altı yaşında, 2003-cü ildə Hidayəti atası yanıma gətirmişdi. 21 ildir müəllimiyəm. Minlərlə tələbəm olub, amma ən uğurlu nəticəni Hidayət verdi. O, unikal idmançıdır".

Bunu Olimpiya çempionu olan Hidayət Heydərovun müəllimi Tərlan Həsənov deyib.

Qocaman mütəxəssis tələbəsinin ən yüksək titulu qazanması ilə bağlı təəssüratlarını bölüşüb:

"Hidayət Heydərov dünən Azərbaycan xalqının başını Parisdə uca elədi. Bundan artıq müəllim üçün nə böyük hədiyyə ola bilər?

Bundan əvvəlki cüdo üzrə Olimpiya çempionlarımızın müəllimləri də mənim tələbələrim olublar. İki il bundan əvvəl mənə "Şöhrət" ordeni veriləndə, cənab nazirə dedim ki, Olimpiya çempionu verməsəm, dünyadan köçməyəcəyəm. Dünən gecə saat 3-də Hidayət mənə zəng etdi. Dedi ki, sizə verdiyim sözü tutdum. Bu, əsl xarakter göstəricisidir. Hidayət bu uğurla məni 21 il cavanlaşdırdı".

Qeyd edək ki, Tərlan Həsənov 1942-ci il noyabrın 26-da Qazax şəhərində anadan olub. Azərbaycanın ilk cüdo məşqçilərindən və hakimlərindən olan Tərlan müəllim 1980-ci ildə ümumittifaq dərəcəli hakim, 1989-cu ildə isə Əməkdar məşqçi adına layiq görülüb. O, 52 ildir tələbələrinə cüdonun sirlərini öyrədir.//Qafqazinfo

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR