İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada aerodromu tornado vurdu: 4 təyyarə, 1 helikopter zədələndi

292 31.07.2024 00:12 Dünya A A

Rusiyanın Nijnekamsk hava limanında dörd təlim təyyarəsi, şəxsi helikopter, həmçinin aerodromdakı bir neçə perron avadanlığı və konstruksiyaları zədələnib.

Musavat.com xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, hadisəyə səbəb qəfil tornadodur: “Bu gün Moskva vaxtı ilə saat 15:00 radələrində Nijnekamsk hava limanı yaxınlığında (Beqişevo; ICAO kodu: UWKE) tornado baş verib, ilkin məlumatlara görə, hava limanında aşağıdakılar zədələnib: Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetinin donanmasının dörd Diamond DA42 təlim təyyarəsi, şəxsi helikopter, həmçinin aerodromdakı bir neçə perron avadanlığı və konstruksiyalar”.

Federal Hava Nəqliyyatı Agentliyi əlavə edib ki, dəymiş ziyanın həcmi dəqiqləşdirilir. Həmçinin qeyd olunub ki, hadisəyə görə Nijnekamsk hava limanı bağlanmayıb - uçuşlarda gecikmələr və ya təyyarələrin alternativ aerodromlara yönləndirilməsi olmayıb. Hazırda hava limanı normal rejimdə işləyir.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR