İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizi ilə bağlı SON DƏQİQƏ açıqlaması

3869 02.06.2023 12:58 Siyasət A A

"Türkiyə ilə Azərbaycanı Zəngəzur dəhlizi birləşdirəcək. Bu dəhlizin açılması işi sürətlə davam edir və yavaş-yavaş sona yaxınlaşır".

Musavat.com-un APA-ya istinadən xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “TRT Haber”ə müsahibəsində deyib.

"Zəngəzur bizim təbii haqqımızdır. O, 1920-ci ildə Sovet İttifaqı dövründə əlimizdən alınmış, Ermənistana verilmiş, Türkiyənin Azərbaycan sərhədində sədd çəkilmiş, əngəllər yaradılmış torpaqdır".

Zəngəzur dəhlizi ilə Türkiyə və Azərbaycan arasındakı məsafənin 38 kilometrə enəcəyini bildirən səfir Məmmədov, "Bu, Türkiyənin Asiya ilə ticarət əlaqəsi üçün də vacibdir. Türkiyə Şərqlə Qərb arasında əlaqəni quracaq", - deyə vurğulayıb.

Səfir Zəngəzur dəhlizi layihəsinin Ermənistan üçün də öz təhlükəsizliyini təmin etmək üçün vacib olduğunu qeyd edib.

"Zəngəzur dəhlizi əslində Ermənistanın inkişafı üçün, gələcəyi, müstəqilliyini, təhlükəsizliyini təmin etmək üçün yaxşı layihədir. Bununla belə, Ermənistan son 30 ildə bir çox layihələri itirib", - Rəşad Məmmədov bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR