İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və "Hizbullah"ın QƏZƏBLİ SÜKUTU - Tehran planları barədə heç kimə məlumat vermir

392 03.08.2024 10:23 Gündəm A A

İsrail və ABŞ bu həftə sonu İranın İsrailə gözlənilməz cavab zərbəsinə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşr yazır ki, İranın İsrailə yeni hücumu apreldə olduğundan daha güclü və gözlənilməz ola bilər, çünki Tehran planları barədə heç kimə məlumat vermir.

Mənbənin sözlərinə görə, Yaxın Şərqdə eskalasiyanın qarşısını almağa çalışan amerikalı və ərəb diplomatları İran və Hizbullahın qəzəbli sükutu ilə üzləşiblər.

Xatırladaq ki, keçən dəfə İran Yəhudi Dövlətinə doğru 300-ə yaxın pilotsuz uçan aparat və raket atıb.

İran əvvəlcədən xəbərdar edərək, ABŞ və İsrailə hazırlaşmaq imkanı verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR