İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zəngəzur dəhlizi ilə bağlı rejimin qarın ağrısını hər kəs gördü…” - Analitikdən İranla bağlı ilginc şərh

1283 23.10.2022 17:44 Gündəm A A

“Özünü ”İran İslam Respublikası" adlandıran, amma əslində islam dünyasının bətnində qarayara olan, bölücü, təfriqəçi, riyakar, simasız, neofaşist panfarsizmlə saxta ideoloji çərçivəyə salınmış məzhəbçiliyin horrası olan, yalnız müsəlman ölkələrinə qənim kəsilən mollakratiya rejimi Azərbaycanın dövlət müstəqilliyinin elan edildiyi ilk gündən ərazi bütövlüyümüzə, suverenliyimizə, azad və müstəqil yaşamaq haqqımıza qənim kəsilib”.

Musavat.com xəbər verir ki, bu fikirlər siyasi şərhçi, BAXCP sədrinin müavini Elçin Mirzəbəyliyə məxsusdur.

Analitik bildirib ki, bunun səbəbi sərhədlərinin yaxınlığında dünyəvi, sivil, demokratik dəyərlər üzərindən inkişaf edən, öz ayaqları üzərində möhkəm dayanan, beynəlxalq münasibətlər sisteminin nüfuzlu və ləyaqətli üzvünə çevrilmiş Azərbaycan adlı dövlətin mövcudluğudur: “Çünki İran adlanan dövlətin gerçək sahibləri olan, haqqı yağmalanmış 40 milyonluq türk millətinin - Azərbaycan, Qaşqay, Xorasan və Xələc türklərinin, türkmənlərin gözünün önündə onların Azərbaycan Respublikasındakı soydaşlarının öz dövlətlərini bərpa etmələrindən və bu dövlətin nəhəng bir coğrafiyada söz və nüfuz sahibinə çevrilmələrindən qəzəblənib, narahatlıq keçirib.

Düşünüb ki, günün birində İranın gerçək sahibləri öz haqlarına sahib çıxmaq istəyər, ultramillətçi panfarsist rejimin məzhəbçiliklə pərdələnmiş mahiyyətini darmadağın edib azad və demokratik bir cəmiyyətdə yaşamaq istəyərlər. Azərbaycana və Türkiyəyə münasibətdə özünü büruzə verən aşırı qısqanclığın səbəbi də budur”.

Elçin Mirzəbəyli: Öz gücümüzə, potensialımıza, mütəxəssislərimizin  peşəkarlığına inamımız “Qarabağ” yatağına qayıdışımızı təmin etdi - AZƏRTAC

E.Mirzəbəyli qeyd edib ki, Azərbaycana münasibətdə həm də məzhəb amilindən qaynaqlanan qəzəb və qorxu var: “”Xain xoflu olar” deyirlər və bu atalar sözü İranın mövcud rejiminə və onun müxtəlif adlar altında ətrafa zəhər saçan tör-töküntülərinə münasibətdə özünü tamamilə doğruldur. Sizi əmin edirəm ki, bəşər tarixində bu qədər saxta, qeyri-səmimi, qeyri-insani, bəsit Şərq hiyləgərliyindən yoğrulmuş, vaxtilə türk xanədanlıqlarına yol taparaq min cür iyrənc əməllər törədən qanı, südü haram fitnəbazlardan törəmiş bir rejim heç vaxt mövcud olmayıb. Bunların müsəlmanlığa, həmçinin islamın ən böyük məzhəblərindən biri sayılan, tarixin müxtəlif dövrlərində “İsnə aşəriyyə”, “İmamilik” (İmamiyyə), “On ikiçilik”, “ənsarilik” (qızılbaşlıq) adlandırılan, böyük türk sərkərdəsi və hökmdarı Nadir şah tərəfindən reformasiya edilərək, dinimizin təməl fəlsəfəsiylə inteqrə edilmiş Cəfəriliyə də mahiyyət etibarilə heç bir aidiyyəti yoxdur.

Mollakratiya rejiminin yürütdüyü siyasət qərmətilik və bazigiyyənin sintezidir, təfriqəçilikdir. Əslində, İran rejiminin yürütdüyü siyasətin mahiyyətini görmək üçün nə nəzəri məsələlərə diqqət çəkməyə, nə də uzaq tarixdən gələn panfarsist ekstrimizminə nəzər salmağa ehtiyac var. İran İslam Respublikası islam dünyasını inkişafdan, birlikdən və həmrəylikdən sapdırmaq məqsədilə yaradılan, qərmətilərin missiyasını müasir dövrdə həyata keçirən bir təsisatdır. Mollakratiyanın hakimiyyəti mənimsəməsindən cəmi 1 il sonra müsəlman ölkəsi ilə - İraqla müharibəyə başlaması, zənnimcə rejimin yaradılışının səbəblərini ortaya qoyan, mahiyyətini açıqlayan ən önəmli faktlardan biridir.

BMT Təhlükəsizlik Şurasının tarixində müsəlman ölkələrinin bir-birinə qarşı irəli sürdüyü iddiaları ifadə edən yeganə fakt da İran İslam Respublikası ilə bağlıdır. 1984-cü il iyunun 1-də BMT Təhlükəsizlik Şurası Küveyt, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin şikayəti əsasında, İranın bu ölkələrin ticarət gəmilərinə çoxsaylı hücumlar təşkil etməsi faktını əsas götürərək 552 saylı qətnamə qəbil edib”.

Siyasi şərhçi xatırladıb ki, İran Birinci Qarabağ müharibəsində Ermənistana hərtərəfli dəstək verib və Azərbaycan ərazilərinin Ermənistanın işğalı altına düşməsində rəsmi Tehranın maraqlı olduğunu qondarma islam respublikasının bugünkü davranışları da sübuta yetirir:

“Təsadüfi deyil ki, Azərbaycan torpaqlarının işğal edilməsi prosesinə rəhbərlik edən Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan bir neçə müsahibəsində Birinci Qarabağ müharibəsində İranın Ermənistan və ermənilər üçün həyat yolu olduğunu vurğulayıb. Eyni fikirlər daha sonra müharibə caniləri Robert Köçəryan və Serj Sərkisyan tərəfindən də təkrarlanıb.

İkinci Qarabağ müharibəsi zamanı da biz İranın Zəfərimizə əngəl törətmək üçün min cür hiyləyə əl atdığının şahidi olduq Zəfərdən sonrakı hədələyici davranışları, hərbi təlimləri, Zəngəzur dəhlizi ilə bağlı rejimin qarın ağrısını hər kəs gördü və bu gün də Qafanda "açılan" tövlə-konsulluğun nümunəsində görməkdədir. İranın panariizmə yoluxmuş xəstə rejimi ilə erməni millətçiləri təməl olaraq, eyni ideyanın daşıyıcılarıdırlar. Ermənilər farslarla eyni dil ailəsinə aiddirlər və bunu dəfələrlə rəsmi şəkildə dilə gətiriblər, qohum mədəniyyətə sahib olduqlarını bildiriblər”.

E.Mirzəbəyli qeyd edib ki, Azərbaycan coğrafi addır və bütün azərbaycanlıların tarixi vətənidir: “Azərbaycanlılar da, hələlik bu tarixi coğrafiyanın bir hissəsində öz dövlətlərini bərpa ediblər. Amma hələlik...”

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR