İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəncanlı idmançının Azərbaycana sığınmasının pərdəarxası məqamları açıqlandı FOTO

1203 26.04.2022 18:03 Gündəm A A

Avarçəkmə üzrə iranlı idmançı Bəhmən Nəsirinin Azərbaycanda sığınacaq almasının pərdəarxası məqamları açıqlanıb.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İranın Avarçəkmə Federasiyasının prezidenti Əlirza Söhrabian “Rokna.net” saytına müsahibəsində danışıb.

Federasiya prezidentinin sözlərinə görə, idmançı bəzilərinin onun işinə maneçilik törətdiklərinə görə mühacirət edib.

“Üç il öncə biz həmin idmançını Azərbaycandan İrana qaytaranda onun ölkədə işlə təmin edilməsi üçün əlimizdən gələni etdik. O, xalqa xidmət etmək üçün yanğınsöndürmə idarəsində işləmək istəyirdi, amma haraya müraciət etsək də, qapılar üzümüzə bağlandı”, - deyə qurum rəhbəri bildirib.

O, Nəsirinin işlə təmin edilməsi üçün İranın İdman və Gənclər Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsi ilə danışıqlar aparıldığını, yazışmalar həyata keçirildiyini deyib.

“Bu iki qurumun səylərinə baxmayaraq, təəssüf ki, başqa orqanlar tərəfindən problemlər yaradıldı”, - deyə Söhrabian əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR