İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələdə evi yıxılmış podratçıya 18 il cəza kəsildi

518 24.02.2024 12:55 Dünya A A

Türkiyə məhkəməsi 2023-cü ildə baş verən zəlzələ zamanı uçan evin podratçısı olan şəxsi 18 il müddətinə azadlıqdan məhrum edib.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, cavabdeh podratçının tikdiyi evin uçması nəticəsində 34 nəfər ölüb, 10 nəfər yaralanıb.

Əvvəllər təqsirləndirilən şəxs 22 ilə yaxın həbs cəzasına məhkum edilib. Daha sonra onun oğlunun da binanın çökməsi nəticəsində ölməsi səbəbindən cəzası yüngülləşdirilib.

Ümumilikdə, 2023-cü ilin fevralında baş verən zəlzələdən sonra ölkədə keyfiyyətsiz tikintiyə görə məsuliyyət daşıyan 269 nəfər həbs edilib.

Təbii fəlakətdən dəymiş maddi ziyan 105 milyard dollardan çox olub. Ölənlərin sayı 50 mini keçib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR