İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin Türkiyə səfərinin PƏRDƏARXASI: “Gözlənilməz qərarlar ola bilər”

881 11.07.2023 12:09 Siyasət A A

“Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyə səfəri bir çox qaranlıq məqamları üzə çıxardı”.

Sfera.az bildirir ki, bunu "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. O, Ankaranın Kiyevə yönəlik 3 mühüm addım atdığını vurğulayıb:

“Türkiyə əsirlikdə olan “Azov” komandirlərini Zelenskiyə təhvil verdi; iki ölkə silah-sursat məsələsində əməkdaşlığın davam edəcəyini barədə razılaşdılar; Türkiyə Ukraynanın NATO-ya üzvlüyünü qazandığını və onun alyansa qəbul edilməsini dəstəklədiyini bildirdi. Ankaranın ardınca bir sıra NATO üzvü dövlətlər də Kiyevin Üzvlük Fəaliyyət Planı mərhələsini keçmədən alyansa qəbulunun mümkünlüyünü bəyan etdilər. İndi Vilnüs sammitində ən gözlənilməz qərarların qəbulu istisna olunmur”.

Ekspert qeyd edib ki, NATO üzvlüyünə qəbul məsələsi sadə prosedur olmasa da, Ukraynanın üzvlüyü ilə bağlı qeyri-standart qərarların qəbulu gözləniləndir:

“Ukraynanın NATO-ya üzvlüyü baş tutacağı halda Şimali Atlantika Alyansı Rusiya qarşısında Aralıq dənizi hövzəsindən başlayan və Qara dənizdən keçərək Baltik dənizinədək uzanan bir sipər yaratmış olacaq. Bunun üçün də Ukraynanın və İsveçin NATO-ya üzvlüyü zəruridir. Görünür, bu mənada Türkiyənin İsveçin üzvlüyü ilə bağlı razılığı eyni zamanda verməsi təsadüfi deyil”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR