İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nar” yüksək keyfiyyətli “Cartoon Network” oyunlarına giriş imkanı təqdim edir

186 02.08.2024 23:27 Ölkə A A

“Nar” “Cartoon Network” oyunlarında ən məşhur və sevimli animasiya qəhrəmanlarının yer aldığı oyunlara öz müştəriləri üçün unikal giriş imkanı yaradır.

Yüksək keyfiyyətli müxtəlif oyun kateqoriyaları uşaqlarınızın asudə vaxtlarını daha əyləncəli keçirməsini təmin edəcək. Uşaqların sevimlisinə çevriləcək bu xidmət “Nar” və qabaqcıl ödəniş və məzmun monetizasiya həlləri təchizatçısı olan “Digital Virgo” şirkəti arasındakı əməkdaşlıqla təqdim edilir.

“Nar” müştəriləri “Cartoon Network” kataloquna daxil olan çoxsaylı eksklüziv və məşhur oyunlara giriş imkanı əldə edəcəklər. Bu xidmətə qoşulmaq üçün mobil telefonunuzdan *668#YES yığmaq kifayətdir. Daha sonra sizə uyğun abunə şifrəsini (gündəlik abunəlik üçün “1”, həftəlik abunəlik üçün “7”, aylıq abunəlik üçün “30”) SMS vasitəsilə göndərə, həmçinin gündəlik abunəlik üçün *448#YES, həftəlik abunəlik üçün *668#YES, aylıq abunəlik üçün isə *886#YES yığa bilərsiniz. Təsdiq SMS-dən sonra telefonunuza gələn PİN şifrə vasitəsilə “Cartoon Network” veb-səhifəsinə və ya tətbiqinə daxil ola bilərsiniz.

Sərfəli qiymət strategiyası ilə tanınan “Nar” müştərilərinə xüsusi təklif təqdim edir. Belə ki, “Nar” müştəriləri həftəlik və aylıq abunəlik üçün 3 günlük pulsuz sınaq imkanından yararlana bilər. Bu, heç bir ilkin ödəniş olmadan övladlarınızın yüksək keyfiyyətli oyunlardan zövq almasına imkan verir. Pulsuz istifadə müddəti bitdikdən sonra aylıq abunəlik 5.99 AZN, həftəlik abunəlik 1.99 AZN təşkil edəcək. Gündəlik abunəlik haqqı isə 0.40 AZN təşkil edir.

“Cartoon Network games” barədə əlavə məlumatı nar.az saytından əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir.

“Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR