İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniya alman şirkətindən yarım milyon mərmi alacaq

174 02.08.2024 22:18 Dünya A A

Almaniyanın Rheinmetall konserni İspaniya ordusundan 205 milyon avro dəyərində artilleriya sistemləri üçün 500 min ədəd mərmi tədarükü üçün sifariş alıb.

Musavat.com şirkətin yaydığı açıqlamaya istinadən xəbər verir ki, sifariş iyul ayında edilib, çatdırılma tarixləri “2024-cü ilin ortalarından 2025-ci ilin sonuna” kimi müəyyən olunub.

Konsernin mətbuat xidməti bildirir ki, zərurət yaranarsa, müqavilə iki il müddətinə uzadıla bilər ki, bu da sifarişin həcmini xeyli artıra bilər. Rheinmetall-ın məlumatına görə, İspaniya Silahlı Qüvvələri Ukrayna münaqişəsi ilə əlaqədar sursat ehtiyatlarını artırmaq üçün M109 və SIAC 155 mm-lik haubitsalar üçün doldurucular alır.

İspaniya Ordusu artıq 2024-cü ildə Rheinmetall-a bir neçə sifariş verib, o cümlədən mart və aprel aylarında minaatan və artilleriya sursatları alıb.
Qeyd edək ki, Rheinmetall Almaniyanın ən böyük müdafiə şirkətidir. İstehsal olunan hərbi maşınların və döyüş sursatlarının sayına görə, o, Qərbdə üç ən böyük şirkətdən biri hesab olunur. Şirkət Ukrayna ilə sıx əməkdaşlıq edir və silah tədarükündə aktiv iştirakçıdır. Fevral ayında məlum oldu ki, Rheinmetall Ukraynada hər il 1milyondan yuxarı 155 mm-lik sursat istehsal edəcək zavod açacaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR