İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqının Tramp qorxusu: Xüsusi qrup yaradıldı

252 02.08.2024 22:31 Dünya A A

Avropa Komissiyası ABŞ-da prezident seçkilərinin nəticələrinə reaksiyanı nəzərdə tutan strategiya hazırlamaq üçün məmurlardan ibarət işçi qrupu yaradıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Qrupun məqsədləri haqqında danışan üç nəfərin sözlərinə görə, AK Donald Trampın Ağ Evə mümkün qayıdışına, eləcə də Kamala Harrisin prezidentliyinin Aİ-yə mümkün təsirlərinə və Brüsselin hər bir variantda yürüdəcəyi siyasətin müəyyənləşməsinə hazırlaşır. Danışıqların məxfi xarakterinə görə adının açıqlanmasını istəməyən şəxslərdən biri “(ABŞ) seçkiləri hələ bitməyib, ona görə də indi əsas vəzifə hər bir variantda nəticələrin nə ola biləcəyini anlamaqdan ibarətdir” deyib. Onun sözlərinə görə, Aİ-nin əsas məmurları ən çox nəyə diqqət yetirilməli olduğunu daha çox müzakirə edirlər.

Komanda komissiyanın baş katibi İlse Juhansonenin ofisi tərəfindən formalaşdırılıb və onun tərkibinə komissiyanın ticarət, rəqabət və xarici əlaqələr kimi məsələlərlə məşğul olan direktorluqlarını təmsil edən çox az sayda məmur daxildir.

Brüssel Trampın ikinci müddətindən istifadə edərək Aİ ixracatına ağrılı tariflər tətbiq edə biləcəyindən, ABŞ-ın Ukraynaya hərbi və maliyyə dəstəyini kəsə biləcəyindən və müharibəni bitirmək üçün Kiyevi Moskvanın şərtləri ilə razılaşmağa məcbur edə biləcəyindən dərin narahatdır.
Avropalı müttəfiqlər də narahatdırlar ki, Tramp əvvəlki təhdidlərini yerinə yetirərək ABŞ-ı NATO-dan çıxara və ya müdafiəyə kifayət qədər xərcləmədiyinə inandığı ölkələr üçün qarşılıqlı müdafiə bəndini əhəmiyyətli dərəcədə poza bilər.

Qrup tərəfindən həmçinin ABŞ-ın Avropaya dair siyasətində əhəmiyyətli dəyişikliklər baş verərsə, məsələn, Aİ vergi ödəyicilərinin Ukraynanın müdafiəsinə potensial olaraq daha çox töhfə verməsi zərurəti yarandıqda, kommunikasiya planlarının hazırlanmasına diqqət yetirilir.

Komissiya "ABŞ-dakı seçkilərə hazırlaşdığını" və "bütün mümkün nəticələrin nəzərdən keçirildiyini" bildirərək, "ABŞ ilə güclü tərəfdaşlığı davam etdirməyə sadiq olduğunu" əlavə edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR