İnsanlara hürriyət, millətlərə istiqlal!

“QİSAS” anti-terror əməliyyatından 2 il ötür

228 03.08.2024 00:03 Ölkə A A

Bu gün Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda qanunsuz erməni silahlı qüvvələrinə qarşı aparılan "Qisas" antiterror əməliyyatın 2-ci ildönümüdür.

Əvvəlcə "Qisas" əməliyyatını şərtləndirən amillərə nəsə salaq.

2020-ci ilin 10 noybrında İkinci Qarabağ müharibəsinin yekun nəticəsi olaraq Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Üçtərəfli Bəyannmə imzalandı. Bəyannəmənin bəndlərinə əsasən qanunsuz erməni silahlı birləşmələri Qarabağdan çıxarılır, əraziyə Rusiya sülhməramlı kontingenti yerləşdirilir. Lakin bəyannamə qüvvəyə mindiyi gündən etibarən Ermənistan üzərinə götürdüyü öhdəliklərin demək olar ki, heç birinə əməl etmədi. Üzərinə düşən öhdəliklərə əməl etməyən Ermənistan tərəfi qanunsuz erməni silahlı birləşmələrinin də vasitəsi ilə 2022-ci ilin 1 avqustundan etibarən təxribatlarını daha da intensivləşdirməyə başladı. Avqustun 3-də Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayaraq bildirdi ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Anar Rüstəm oğlu Kazımov şəhid olub. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.

Nəzarətə götürülən ərazilərin strateji əhəmiyyəti

Sözügedən ərazilərin - hakim yüksəkliklərin nəzarətə götürülməsi Qarabağdakı separatçıların yerləşdiyi bölmələri nəzarət altına almağa imkan verdi. Bununla da bütün istiqamətlərdə əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bu isə qanunsuz erməni silahlı birləşmələrinin ərazilərimizdən tamamilə tərk-silah edilməsi üçün əsaslı rol oynadı.

İtkilər

Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı qüvvələrinin bir neçə döyüş mövqeyi dağıdıldı, canlı qüvvəsi məhv edildi və yaralandı. Həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edildi.

Nəticə

Ermənistan Silahlı Qüvvələrinin Qarabağda vəziyyəti gərginləşdirməyə yenidən cəhd etməsi onlara növbəti dəfə baha başa gəldi. Belə ki, avqustun 6-da buzluq dağı və ətrafındakı yüksəkliklər də Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Əməliyyatın yekun nəticəsi olaraq ordumuz Xankəndi və Şuşa istiqamətindəki bütün yaşayış məntəqələrini, eləcə də digər əhəmiyyətli taktiki yüksəklikləri nəzarətə götürməyə nail oldu. Laçın və Şuşa rayonlarını əhatə edən Sarıbaba yüksəkliyinin nəzarətə götürülməsi ordumuza bu istiqamətlərdə əlavə üstünlük qazandırdı. Qırxqız və Fərrux yüksəkliklərinin nəzarətə götürülməsi isə Xocalının şimal-qərb və şimal-şərq istiqamətlərində mövqelərimizi möhkəmləndirməyə imkan verdi. Bu əməliyyat Azərbaycana istənilən vaxt Qarabağdakı qanunsuz silahlı birləşmələrə qarşı analoji addımlar atmağa zəmin və daha mümkün şərait yaratmış oldu ki, bu da ərazi bütövlüyümüzün tam bərpası istiqamətində gedən yolda unikal bir addım idi.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR