İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda məşhur müğənni FACİƏVİ ŞƏKİLDƏ öldü - VİDEO FOTO

2388 02.08.2024 23:49 Hadisə A A

İlk yayın vaxtı 19:02

Azərbaycanda gənc müğənni faciəvi şəkildə ölüb.

Hadisə bir neçə gün əvvəl paytaxt Bakıda baş verib. 24 yaşlı Tağıyeva Həmidə Elşən qızı yanıq xəsarətləri alaraq, dünyasını dəyişib.

Onun ölümü ilə bağlı sosial şəbəkələrdə bir sıra iddialar səsləndirilir. İlkin versiyaya görə, onu qəsdən yandırıb öldürüblər. Digər iddia isə xanım müğənninin intihar etməsidir. Başqa bir versiyaya görə isə o, ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. Bunlarla yanaşı mərhumun avtoqəza zamanı yanaraq ölməsi barədə də fikirlər bildirilir.

Məlumata görə, mərhum müğənni Bərdə rayon sakini olub. O, Mingəçevir şəhərində təhsil alıb. İllər öncə Bakıya köçərək, kafe və restoranlarda müğənnilik edib.//Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR