İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən ŞOK: Putini ÖLDÜRƏ bilərik - Təhlükəsizlik eksperti ilə CANLI

816 21.11.2023 16:08 Son xəbər A A

İrəvan Bakının sülh sazişi üzrə növbəti təkliflərinə cavab verib. Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Ermənistan Baş nazir Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün diplomatik səylərin gücləndirilməsi ilə bağlı açıqladığı bəyanatdan sonra Ermənistan tərəfi sülh sazişi üzrə altıncı təkliflər paketini Azərbaycan tərəfinə təqdim edib.

“Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədi yekunlaşdırmaq və imzalamaq öhdəliyinə sadiqdir”, - Ermənistan XİN-dən bildirilib.

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, onu devirmək üçün “Maydan-3” əməliyyatı bu ilin sonunda baş tutmalıdır. Zelenski bu barədə “San” qəzetinə müsahibəsində deyib.

Zelenski aydınlaşdırıb ki, guya bu əməliyyatı Rusiya xüsusi xidmət orqanları inkişaf etdirir. O, ölkədə “Maydan-3”ün keçirilməsi ilə bağlı məlumatı Ukrayna kəşfiyyatı və digər tərəfdaşlarından alıb.

“Əməliyyat 2023-cü ilin sonuna qədər aparılmalıdır. Planın təfərrüatı bu anda müəyyən hadisələrdən asılı olaraq dəyişə bilər. Əsas məqsədin mənim fiziki olaraq aradan götürülməyimdir”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, bu əməliyyatda istənilən mövcud vasitələrdən istifadə olunacaq. “Ukraynanın Putini öldürmək hüququ var”. Zelenski ingilis nəşrinə müsahibəsində bildirib.

Jurnalistin “Ukraynanın Putini öldürmək fürsətindən istifadə edib-etməyəcəyi” sualına Zelenski belə cavab verib: “Bu, müharibədir və Ukraynanın torpaqlarını müdafiə etmək hüququ var”.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu təhlükəsizlik eksperti Alp Arslan İmamqulu ilə söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR