İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçin Mirzəbəylinin “Xüsusi təyinatlı” marşının təqdimatı keçirildi FOTO VİDEO

437 30.07.2024 16:46 Ölkə A A

İyulun 30-da Əməkdar jurnalist Elçin Mirzəbəylinin Xüsusi Təyinatlı Qüvvələrə həsr etdiyi “Xüsusi təyinatlı” marşının təqdimat mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) keçirilən tədbirdə tanınmış ictimaiyyət və media nümayəndələri iştirak edib.

UMUD.jpeg (74 KB)

Tədbiri giriş sözü ilə açan BAMF prezidenti Umud Mirzəyev qeyd edib ki, marşın yazılması xüsusi təyinatlarımızın fəaliyyətinin önəmini özündə əks etdirir:

"İnanıram ki, bu marş Xüsusi Təyinatlı Qüvvələrin ən sevimli marşına çevriləcək".

Elçin Mirzəbəyli isə bildirib ki, “Xüsusi təyinatlı” marşının sözləri və müəllifi özünə, aranjimanı Fərahim Sadiqə məxsusdur:

“Məşhur “Azadlıq marşı”nı hələ 1988-ci ildə, 21 yaşımda  yazmışdım. Təxminən 1 il öncə Şuşada idim. O zaman “Azadlıq marşı”ndan söz düşdü və söz verdim ki, xüsusi təyinatlılar üçün də marş yazım. Bir müddət sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə bu marşı ərsəyə gətirdik”.

ELCİN SON.jpeg (127 KB)

Elçin Mirzəbəyli qeyd edib ki, marş iki variantda yazılıb, ikinci variantda bəzi sözlər dəyişdirilib.

Daha sonra tədbir iştirakçılarına “Xüsusi təyinatlı” marşı iki variantda təqdim olunub.

Xalidə Gəray
Fotolar və video müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR