İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən ŞOK: “Moskvanı dronlarla DAĞIDACAM” – Professor Qabil Hüseynli ilə CANLI

789 01.08.2023 16:21 Son xəbər A A

Avqustun 1-də Ukrayna Prezidenti Vladimir Zelenski təhlükəsizlik qüvvələrinin və hərbçilərin hesabatlarını dinləyib. Bu barədə Ukrayna mediası məlumat yayıb. Ukraynanın daxili işlər naziri İqor Klimenko prezidentə ötən gecə sərhədyanı rayonlara edilən hücumlar və Xarkovun atəşə tutulması barədə məruzə edib.

Zelenski isə bildirib ki, ona Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun qapalı hesabatı da təqdim olunub. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynanın Zaporojye regionuna səfər edib.

Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat paylaşılıb. Bildirilib ki, Gerasimov Rusiyanın Zaporojye istiqamətindəki qoşun qruplaşmasının komanda məntəqəsinə baxış keçirib. Rusiyaya qarşı dron hücumları tez-tez baş verəcək”. Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib. “Moskva sürətlə tammiqyaslı müharibəyə öyrəşir.

Bu müharibə tezliklə onlardan bütün borclarımızı almaq üçün tamamilə onun müəllifinin ərazisinə keçəcək. Daha çox dron, daha çox dağıntı, daha çox vətəndaş münaqişəsi, daha çox müharibə”, – deyə M.Podolyak bildirib.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” proqramında professor Qabil Hüseynli ilə regiondakı hadisələrdən danışırıq.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR