İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Rusiyanın nüvə hədələrinə cavab verdi

1107 10.07.2023 11:21 Siyasət A A

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın nüvə silahından istifadə ehtimalını şərh edib.

Musavat.com xəbər verir ki o, Putinin nüvə silahına əl atacağına inanmadığını deyib.

Dövlət başçısı əlavə edib ki, Ukrayna kəşfiyyatı Rusiyanın Zaporojye atom elektrik stansiyasını minalaya biləcəyini düşünür.

Qeyd edək ki, ötən ilin sentyabrında da Zelenski Rusiyanın nüvə silahından istifadə ehtimalına inanmadığını bildirmişdi.

Xatırladaq ki, bir müddət öncə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna və Şərqi Avropadakı nüvə obyektlərini atəşə tutmağa çağırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR