Azərbaycanlı FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan yeni təyinat alıb.
Musavat.com AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin 2 oyununda iş başında olacaq.
Lütfəliyeva bu mərhələnin 5-ci qrupunun yarımfinalında "Flora" (Estoniya) – "Mgar Yunayted" (Malta) matçını idarə edəcək.
O, həm də "Flora" – "Mgar Yunayted" qarşılaşmasının qalibinin iyulun 25-də finalda Slovakiyanın "Spartak Miyava" komandasında qarşı keçirəcəyi matçın ehtiyat hakimidir.
Digər referimiz Gülnurə Əkbərzadə iyulun 22-də reallaşacaq görüşdə yan xətt hakimi funksiyasını yerinə yetirəcək.
Oyunlar Slovakiyanın Miyava şəhərində yerləşən "Spartak Miyava" stadionunda keçiriləcək.






