İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski ilə Britaniyanın Putinə qarşı şok “B” planı açıqlandı - CANLI

678 15.06.2022 16:00 Gündəm A A

Ukraynanın Donbas bölgəsində qanlı döyüşlər davam edir. Rusiya böyük itkilərə baxmayaraq, həlledici üstünlük qazana bilməsə də, addım-addım irəliləyə bilir.

Ukrayna tərəfi isə çoxsaylı müraciət və tələblərinə baxmayaraq, Qərbdən Rusiyanı dayandıra və sonrakı mərhələdə öz ərazisindən qova biləcək miqdarda hərbi texnika, silah-sursat ala bilmir. Bu işi ən çox əngəlləyən ölkələr isə Fransa, Almaniya və İtaliya hesab edilir.

Məşhur rusiyalı politoloq və publisist Andrey Piontkovskinin fikrincə, bu gedişlə Ukraynanın hərbi baxımdan vəziyyəti pisləşə bilər ki, bu zaman da “B” planına keçid zərurəti yaranar.

Politoloq bildirib ki, NATO-nun 3-cü Ramştayn toplantısı da Ukrayna üçün həlledici dəstəyi radikal şəkildə tezləşdirməsə və qeyri-müəyyənlik qalsa, “B” planına keçmək lazımdır.

Piontkovski bu planı həm də “Boris Conson planı” adlandırıb: “Bu plan Putinin Qərbə qarşı aqressiyasının qarşısın alacaq üç dövlətin hərbi koalisiyasını nəzərdə tutur. Bunlar Ukrayna, Polşa və Böyük Britaniyadır. Bu, Britaniya və Polşa hərbi aviasiyasının hərbi əməliyyatlarda iştirakını nəzərdə tutur.

TVMusavat-ın saat 16:00-da canlı efirində AMİP sədrinin müavini Elşən Mustafayevlə AĞ Partiya başqanının müavini Cavanşir Abbaslı böhranı müzakirə edirlər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR