İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Hollandiyaya getdi

864 04.05.2023 03:59 Son xəbər A A

Zelenski Hollandiyaya gedib, onun Haaqada çıxışı planlaşdırılır.

Musavat.com xəbər verir ki, bu barədə "UNİAN" xəbər portalında məlumat yayılıb.

Məlumatda qeyd olunur ki, Ukrayna Prezidenti Vladimir Zelenski Finlandiyaya səfərindən sonra Hollandiyaya gedib. O, həmçinin Haaqada "Ədalət olmadan sülh yoxdur" adlı məruzə ilə çıxış etməlidir.

"Nieuwsuur"un məlumatına görə, göyərtəsində Zelenskinin olduğu Hollandiya hökumətinin təyyarəsi mayın 3-də saat 22:10 radələrində Hollandiyaya eniş edib.

Qeyd olunur ki, bu, Zelenskinin təkcə Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı deyil, həm də prezident kimi fəaliyyəti dövründə Hollandiyaya ilk səfəridir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR