İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski bu halda hakimiyyətdən gedə bilər - Politoloq SENSASİON DETALLARI açdı

1775 26.01.2023 18:00 Gündəm A A

Ukrayna lideri Vladimir Zelenski son günlər kadr islahatları aparmaqla məşğuldur. O, prosesin davam edəcəyini bildirib. Zelenski qeyd edib ki, dövlətin işinə mane olan istənilən daxili problem aradan qaldırılır.

39d3a079-d2fe-3e67-9c99-87420338f688_850.jpg (61 KB)

Kadr islahatlarının aparılmasında xəyanət izi varmı və bu islahatlar öz effektini verəcəkmi?

Politoloq Əziz Əlibəyli Musavat.com-a bildirib ki, Zelenskinin kadr islahatları aparmasında birbaşa xəyanət izi var:

sonra.jpg (190 KB)

"Son günlər daxildən Zelenski aparatına zərbə endirirlər. Ukraynanı sevən, müharibənin dağıdıcı izinə etiraz edən bəzi ukraynalı vətənpərvərlər də var. Qərb tank savaşlarına hazırlaşır. Bu da Ukrayna torpağında olacaq. Qərbli inhisarlar, texnoloqlar Zelenskini məcbur edirlər ki, tərəddüd etməsin, son savaşa daxil olsun. Son savaş üçün kadrlara və islahatlara ehtiyac var. Şübhəsiz ki, Vladimir Zelenski bütün səlahiyyətləri öz üzərində cəmləşdirəcək. Ukrayna daxili işlər naziri Denis Monastırskinin ölümündən sonra yeni mərhələyə keçid olub. Savaşa yeni ölkələr daxil olur. Prosesə Almaniya və ABŞ-ın tank gətirməsi o deməkdir ki, Zelenski hökumətinin komandasına əcnəbilər daxil ediləcək və onların ən azından çevik müharibə taktikasına keçidi hökumətin də mobilləşməsini zəruri edir".

tank.jpg (182 KB)

"Zelenski hakimiyyətdən gedə bilərmi?" sualına politoloq belə cavab verib:

"İndiki halda Vladimir Zelenskinin hakimiyyətdən getməsi real görünmür. Çünki müharibənin ən kritik dönəmlərində də belə bir proses olmadı. Amma bu o demək deyil ki, bu məsələ tam olaraq belə qalacaq. Çünki biz uzunmüddətli savaşların əks nəticələr doğurduğunu bilirik. Zelenskinin sürətli şəkildə nəticə əldə edə bilməsi onun hakimiyyətdə uzun müddətə qalmasını şərtləndirə bilər. O, indiki halda öz torpağı uğrunda müharibə aparan dövlətin rəhbəri hesab olunur. Amma müharibənin uzanması, limitlər sonrakı proseslərdə müəyyən dəyişikliklər yarada bilər. Əlbəttə ki, Zelenski döyüşən ölkənin lideridir və sözün əsl mənasında Putinin qarşısında açıq şəkildə döyüşür. Beynəlxalq reytinq saytı "statista.com"un Vladimir Zelenskinin reytinqini açıqlaması çox maraqlı idi. Əhalinin 5-34 yaş arası qrupu Zelenski hakimiyyətini 91%, 35-54 yaş arası qrup 85% dəstəkləyir. 55 yaşdan yuxarı olanlar isə 79% dəstəkləyir. Zelenskinin reytinqinin bu qədər yüksək olması, beynəlxalq dəstək, Qərb dəstəyi və tərəfdaşlığı kifayət qədər adama imkan yaradır ki, o, zirvədə qalsın. Yeri gəlmişkən, Vladimir Zelenski "2022-ci ilin adamı" elan olunub".  

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR