İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞAD XƏBƏR! Minimum əməkhaqqı ARTIRILIR - Bu tarixdən...

1721 01.08.2024 08:25 İqtisadiyyat A A

 

Ekspert: “Minimum əmək haqqı 600 manata qalxsa, özəl sektorun da yükü artacaq”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin noyabrın 1-dək minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlayacağı haqqında açıqlamadan sonra artımın nə qədər olacağı ən çox verilən suallardandır. Rəsmi açıqlamadan da göründüyü kimi, indi müzakirə mərhələsidir və bu baxımdan da konkret artım faizi hələlik elan edilməyib. 

Yada salaq ki, yaxın vaxtlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əmək haqqının saatlıq minimum əmək haqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi də tapşırılmışdı. Bu məsələ ictimaiyyət arasında geniş müzakirələrə səbəb olmuşdu. Saatlıq minimum əmək haqqı üçün təklif olunan məbləğ dünya ölkələri ilə müqayisədə olduqca aşağı olduğu və bu yeniliyin sıravi vətəndaşların mənafeyinə zidd olduğu deyilir.

Ekspert iqtisadi rayonların yaradılmasının əhəmiyyətini şərh edir -  09.07.2021, Sputnik Azərbaycan

Rəşad Həsənov

İqtisadçı ekspert Rəşad Həsənov (Publika.az) açıqlamasında deyib ki, bu dəyişiklik 2025-ci ilin əvvəlinə təsadüf edəcək: “2024-cü ildə minimum əmək haqqının artırılması ehtimalları çox aşağıdır, hətta yox səviyyəsindədir. İndiki şərtlər daxilində ehtimal olunur ki, hökumət minimum əmək haqqını təxminən 10-15 faiz artıra bilər. 2024-cü ilin əvvəlində bu indikator üzrə dəyişiklik edilmədi, halbuki edilməli idi. 2023-cü ildə rəsmi rəqəmlərə görə, 8,8 faiz inflyasiya baş vermişdi. Gözlənilirdi ki, minimum əmək haqqı artırılsın, amma artırılmadı. 2024-cü il ərzində baş verən inflyasiya hələ də davam edir. Təxminən gələcək 2 ili müqayisə etsək görərik ki, qiymətlərdə 15 faiz artım baş verəcək. Hiss olunan inflyasiya yoxsul qruplara daha çox təsir edəcək. "Minimum əmək haqqı nə qədər olmalıdır" sualına gəlincə, Azərbaycanda istehlak səbətinin strukturu dəyişdirilməli, yeni tələblər uyğunlaşdırılmalıdır". 

Ekspert bildirib ki, çalışan bir nəfər orta hesabla 2,2 nəfərə baxır: “Bu isə o deməkdir ki, minimum əmək haqqı təxminən 2,2 nəfərin aylıq ehtiyacını qarşılamalıdır. Bu da təxminən 560-600 manat arasında əmək haqqı deməkdir. Məsələyə başqa aspektdən yanaşmaq lazımdır. Hökumət nəzərdə tutur ki, minimum əmək haqqını orta aylıq əmək haqqının 60 faizinə çatdırsın. Bu gün orta aylıq əmək haqqının 1000 manata yaxınlaşdığını diqqətə alaraq hesablama aparsaq, yenə də görürük ki, minimum əmək haqqı təxminən 600 manat civarında olmalıdır. Yəni bu, Azərbaycan üçün indiki şərtlər daxilində ən adekvat göstəricidir”. 

Azərbaycanın iqtisadi imkanları minimum əmək haqqını 340 manatdan 600 manata yüksəltməyə imkan verirmi? İqtisadçıların bu məsələyə müxtəlif baxışları var. 

Eyyub Kərimli: Azərbaycandan Avropaya yaşıl enerji ixracı ilə bağlı vacib  layihələr reallaşdırılacaq - AZƏRTAC

Eyyub Kərimli 

İqtisadçı Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, əmək haqqının artımı iqtisadi bazaya söykənməlidir: “Burada iqtisadiyyatın müxtəlif istiqamətlərinin maraqları nəzərə alınmalıdır. Burada həm özəl, həm dövlət sektorunun da imkanları müəyyən edilməlidir. Ötən il minimum əmək haqqında artım olmadı, minimum orta əmək haqqının artımı ümumi artımla müqayisə olunur. Əgər biz ötən illə müqayisə etsək, 15 -16 faiz təşkil etmişdi. Hazırda orta minimum əmək haqqının artımı 15 faiz ola bilər. Bu da təqribən 400 manata yaxın rəqəm edir. Sözsüz ki, minimum əməkhaqqı həm də vahid tarix cədvəli ilə əmək haqqı alanların da maaşına müəyyən təsir göstərə bilər. 

Biz burada minimum əmək haqqının qaldırılmasını müzakirə edərkən həm də özəl sektorun maraqlarını da nəzərə almalıyıq. Minimum əmək haqqı 600 manata qalxsa, onda özəl sektorun da yükü artır. Büdcəyə ödəmələri Sosial Müdafiə Fonduna, sığorta və digər ödəmələr də artır, ümumiyyətlə başqa ödəmələrə də təsir göstərir. Digər tərəfdən, özəl sektorun da yükünü artırır. Bu da bahalaşmaya da gətirib çıxara bilər. əgər biz Türkiyə modelini tətbiq etsək, dövlətin bir qisim ödənişlərini hökumət öz üzərinə götürür. Bu zaman artım real görünə bilər. Amma bizdə hazırkı durumda iqtisadi reallıq buna imkan vermir. Bu baxımdan artım olsa, bu da 400 manat civarında ola bilər. Bizdə saathesabı əməyin ödənişin tətbiq edilməsi müzakirələri də gedir. Ola bilər ki, sahələr üzrə minimum əmək haqqının ödənişi saat hesabına keçirilsin. Orada müəyyən dəyişikliklər olsun". 

Eldəniz Əmirov: Dayanıqlı iqtisadiyyata nail olmaq üçün yaşıl enerjinin  tətbiqi böyük əhəmiyyət daşıyır - AZƏRTAC

Eldəniz Əmirov 

İqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, minimum əmək haqqının artırılmasına dair qarşıdakı aylarda qərarın veriləcəyini gözləmək olar: “Bununla bağlı təkliflər rəsmi məlumata görə, noyabrın 1-nə qədər təqdim olunmalıdır. Nə qədər artırılacağına dair heç bir məlumat olmasa da, ötən illərin artım dinamikasını təhlil etsək, təxminən 16% ətrafında bir artım daha realdır. Belə ki, 2022-ci ilin 1 yanvarında minimum əmək haqqı 20% artırılaraq 250 manatdan 300 manata çatdırıldı. 2023-cü ilin 1 yanvarından isə 15% artırılıb 345 manata çatdı. 2024-cü ildə artım olmadığı üçün 2025-ci ilin 1 yanvarından minimum əmək haqqının 400 manata çatdırılmasını gözləmək olar. Bu isə 16%-li artım deməkdir. Minimum əmək haqqı artırılan zaman bununla əlaqədar əməkhaqları Vahid Tarif Cədvəli əsasında tənzimlənən işçilərin maaşları da bu artıma uyğun artırılır. Deməli, minimum əmək haqqı artırılarsa, qeyd etdiyim cədvələ uyğun digər artımları də gözləmək olar”.

Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramov da bununla bağlı mövqeyini bildirib: “Minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub. Bütövlükdə, son 5 ildə minimum əmək haqqı 2.7 dəfə artırılıb. Minimum əmək haqqında yeni artım zamanı iki meyardan istifadə oluna bilər: ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq əmək haqqındakı artım faizi.

2023-cü ildə inflyasiya səviyyəsi 8.8, orta aylıq əmək haqqındakı artım faizi 11.3 faiz olub. Bununla yanaşı, 2024-cü ildə də həm qiymət artımları, həm də nominal orta aylıq əmək haqqının dəyişməsi qeydə alınıb. Bu baxımdan, kumulativ baxıldıqda söhbət daha yüksək rəqəmlərdən getməlidir. Bu o deməkdir ki, 2023 və 2024-cü illər üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum əmək haqqında daha yüksək artım reallaşa bilər. Yəni bu halda söhbət iki rəqəmli artımdan gedir. 

Təbii ki, daha dəqiq rəqəm rəsmi təkliflər təqdim olunduqdan sonra bəlli olacaq. Bununla belə, minimum əmək haqqındakı artımın 700 mindən çox vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq, artım faizinin əhəmiyyətini təsəvvür etmək çətin olmaz".  

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR