İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ABŞ-dakı seçkilərə BU HALDA müdaxilə edə bilər - Trampa qarşı TƏLƏ

379 01.08.2024 09:05 Siyasət A A

Amerika Birləşmiş Ştatlarında seçki prosesi qızışdıqca, xüsusilə Trampa qarşı əks kampaniyalar intensivləşir. Hazırda ABŞ-ın anti-Tramp mediası onu daha çox Rusiya amili ilə vurmağa çalışır. 

Rəsmi dairələrdən də belə bəyanatlar verilir ki, Rusiya növbəti dəfə ABŞ-da seçkiyə müdaxilə edəcək. 

Nəzərə çatdıraq ki, Tramp ilk dəfə ABŞ prezidenti seçilərkən Rusiyanın onun xeyrinə seçkilərə müdaxilə etməsi iddiaları hüquqi müstəvidə araşdırılmışdı. İndi də Trampı eyni “yerdən” vurmağa başlayıblar. 

Bu arada, Rusiya bu ittihamları rədd edib. 

“ABŞ-dakı prezident seçkisinə müdaxiləmiz barədə bəyanatlar absurddur”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, seçki günü yaxınlaşdıqca analoji açıqlamaların intensivliyinin artacağını da istisna etməyib.

D.Peskovun sözlərinə görə, ABŞ-da həm Rusiyanı, həm də prezident Vladimir Putini siyasi mübarizənin önəmli faktoru hesab edirlər.

Qeyd edək ki, bir qədər əvvəl mətbuatda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya, Çin və İranın ölkədəki prezident seçkisinə müdaxilə planı hazırladığı barədə məlumat yayıb. 

ABŞ ötənlərdə Rusiyanın seçki müdaxiləsi ilə üzləşdiyini iddia etdiyi halda, növbəti dəfə bunu önləmə tədbirləri görmək imkanları yoxdurmu? Yoxsa bu, sadəcə, Trampa qarşı kampaniyadır?

Bəhruz Məhərrəmov: Prezident yeni dövr üzrə prioritetlərimizi müəyyən etdi

 Bəhruz Məhərrəmov 

Deputat Bəhruz Məhərrəmov Amerikanın xalqın iradəsinə hörmət etmədiyini qeyd etdi: “Rusiyanın ABŞ-dakı prezident seçkisinə Trampın lehinə müdaxilə edəcəyinə dair demokratların bəyanatları əslində bu ölkədə seçki mühitinə dair aydın və real təsəvvürlər yaratmağa imkan verir. Artıq 8 ildir ki, davam edən və Trampa qarşı linç vasitəsinə çevrilən bu iddiaların yenidən gündəmə gətirilməsinin yeganə məqsədi amerikalıların iradəsinə təsir etmək və Trampın qələbəsinin legitimliyini şübhə altına almaqdır. Görünən odur ki, bütün dünyada azad seçki və insan iradəsinə hörmət məfhumları "aşılayan" ABŞ özündə xalqın iradəsinə hörmət əxz etməyi bacarmayıb. Görünən odur ki, hakimiyyətdə olduqları dövrdə ABŞ-da və dünyanın dörd bir yanında nifrət dilinə üstünlük verən demokratlar iqtidarda qalmaq naminə öz ölkələrinin maraqlarını belə qurban verməyə hazırdırlar. Belə ki, Rusiyanın ABŞ-da seçkilərə müdaxiləsinin mümkünlüyünü etiraf etməklə əslində demokratlar Amerika Birləşmiş Ştatlarının seçki sisteminin çürük olduğunu və ABŞ-ın taleyüklü məsələsinə Rusiyanın müdaxilə imkanına sahib olmasını bəyan və etiraf etmiş olur. Maraqlıdır ki, Demokratlar bu kimi uyğunsuz gedişlərə artıq Amerika Birləşmiş Ştatlarının aidiyyəti strukturlarını, o cümlədən nə qədər təəccüblü olsa da, Mərkəzi Kəşfiyyat İdarəsini də alət etməyi bacarmışlar. Belə ki, Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsi də Rusiyanın, o cümlədən Çin və İranın bu ölkədə prezident seçkisinə müdaxiləyə hazırlaşmaları barədə rəsmən bəyanatlar yayır. Bu o deməkdir ki, Demokratlar demokratik yolla hakimiyyətin ötürülməsinə hazır deyil və Trampın gözlənilən mümkün qələbəsi fonunda adekvat və praqmatik davranışlar sərgiləmək niyyətində deyillər".

Deputat Sona Əliyeva: "Şagirdlər üçün xüsusi dərsliklər hazırlanır" -  AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Sona Əliyeva

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva Kamala Harrisin Tramp qarşısında nüfuzunun kövrək olduğunu düşünür: “İlk olaraq onu qeyd etməliyəm ki, Donald Trampa qarşı sui-qəsd onun seçilmək şanslarını və reytinqlərini bir xeyli artırdı. Hazırda Kamala Harris onun əsas rəqibi hesab edilsə də, xanım Harrisin Tramp qarşısında reytinqi bir qədər kövrək görünür. Analitiklər də hesab edirlər ki, noyabrdakı seçkiyə bir ay qalmış keçmiş prezident Donald Tramp bütün maddi resurslarını səfərbər edərək Kamala Harrisi əzici çoxluqla üstələyəcək. Amma bir önəmli məqam var ki, Demokratlar da asan təslim olmaq istəmirlər. Onların maddi imkanları əsasən erməni lobbisindən və Trampın iqtisadi müstəvidəki rəqiblərindən asılı olacaq. Rusiyaya və Şərqə simpatiyası olan milyarderlər isə daha çox Trampın yanında olmaq niyyətindədirlər. Hər halda, ABŞ mediasını izlədikdən və prosesləri ətraflı təhlil etdikdən sonra gəlinən nəticə budur. Gələk məsələnin ikinci tərəfinə, bəli, Rusiya, Çin, İran və Hindistanın ABŞ-dakı seçkilərə müdaxilə etmək şansları böyükdür. Birinci müdaxilə istiqaməti onlayn müstəvidə baş verə bilər. Yadınızdadırsa, bu barədə iddialar hələ Trampın birinci dəfə prezident seçildiyi dönəmdə də yayılmışdı. İddia olunurdu ki, Rusiya Mərkəzi Kəşfiyyat İdarəsi bütün ”hacker"lik imkanlarını səfərbər edərək Trampın seçkidə qələbə çalmasına böyük yardımçı olub. Bu, indi də baş verə bilər. Hətta bu dəfə Rusiya tək yox, Çin və Hindistanla birlikdə bu işə genişmiqyaslı formada qol qoyacaq - deyə iddialar səsləndirilir. Bəs Rusiya və Çin bunu necə edə bilər? İlk növbədə “hackerlər” ABŞ-da yaşayan və ABŞ vətəndaşı olan seçicilərin şəxsi məlumatlarına daxil olurlar. Daha sonra həmin bilgilər vasitəsilə onlayn səsvermə prosesində iştirak edirlər. Yəni istədikləri namizədə səs verə bilirlər. Bu da Birləşmiş Ştatlardakı elektron təhlükəsizlik sistemindəki boşluqları göstərir. Seçkiyə müdaxilə bir yox, bir neçə ərazidən olmalıdır ki, “hacker inandırıcılığı” təmin olunsun. Rusiya, Çin və İran kəşfiyyatı bu prosesi elə ABŞ-ın özündən, Kanada və Meksika ərazisindən də həyata keçirə bilər. Yəni bu ölkələrin “hacker” coğrafiyası və daxilolma arealı olduqca genişdir. Bu baxımdan Kremlin, Pekinin, Tehranın və Dehlinin Birləşmiş Ştatlardakı seçkilərə müdaxilə imkanları olduqca inandırıcı görünür. Əgər son 5 ildə ABŞ təhlükəsizlik sistemi illər öncəki boşluqları aradan qaldıra bilməyibsə, deməli, yenə də ciddi narahatlıqlar ola bilər. İran istisna olmaqla Rusiya, Çin və Hindistan Donald Trampla işləməkdə maraqlıdır. Çünki qlobal diqtatorial idarəetmə formaları hər zaman yenilikçi və iqtisadi düşüncə formaları ilə daha rahat işləyə bilirlər. Səbəbi olduqca sadədir; qarşılıqlı maraqlar təmin olunur. Amma Demokratlar bu məsələdən siyasi manipulyasiya vasitəsi kimi istifadə etməyə və Trampa qarşı “əzələ nümayişi” etdirməyə çalışırlar. İndiki məqamda bütün vektorlarda üstünlük Trampın tərəfindədir. Yenə də bildirmək istəyirəm ki, onu istəməyənlər iqtisadi platformalardakı rəqibləri və erməni lobbisidir. Hər iki cəbhə bu seçkidə Trampa qarşı vahid platformadan çıxış edəcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR