İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi ABŞ administrasiyasının vəzifəliləri ilə GÖRÜŞDÜ - FOTOLAR

377 01.08.2024 08:47 Siyasət A A

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-a səfəri çərçivəsində bir sıra amerikalı rəsmilərlə görüşərək Bakı – Vaşinqton münasibətləri ilə yanaşı Azərbaycanla Ermənistan arasındakı sülh prosesi ətrafında fikir mübadiləsi aparıb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyinin mətbuat xidməti, habelə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyinin sosial şəbəkə hesabında bildirilib.

“Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun ABŞ-a işgüzar səfəri çərçivəsində Ağ evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kim, Dövlət Departamentinin Cənubi və Mərkəzi Asiya Məsələləri Bürosunda Mərkəzi Asiya İşləri Ofisinin direktoru, müdafiə naziri müavininin köməkçisi Laura Kuper və Nebraska ştatından respublikaçı senator Pit Rikettslə Azərbaycan – ABŞ ikitərəfli gündəliyi, Azərbaycan – Ermənistan sülh prosesinin hazırkı vəziyyəti və regionda baş verən son hadisələri əhatə edən konstruktiv və faydalı müzakirələr aparılıb”, – diplomatik missiyanın mətbuat xidməti qeyd edib.

Səfirliyin digər paylaşımında azərbaycanlı diplomatın “ABŞ Sülh İnstitutunun təşkil etdiyi dəyirmi masada tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüşdüyü” diqqətə çatdırılıb: “Tədbir zamanı Azərbaycan – ABŞ münasibətləri, davam edən Azərbaycan – Ermənistan sülh prosesinin hazırkı vəziyyəti və perspektivləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib”.

Eyni zamanda, Azərbaycanın dünya təşkilatındakı Daimi Nümayəndəliyinin məlumatında Elçin Əmirbəyovun “Nyu-Yorka işgüzar səfəri çərçivəsində BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini Rozmari Dikarlo ilə görüşdüyü və Azərbaycan – Ermənistan sülh prosesinin hazırkı vəziyyəti və perspektivlərini, regionda baş verən son hadisələri müzakirə etdiyi” vurğulanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR