İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Harrisi ƏLƏ SALDI: "Bilmirəm, hindlidir, yoxsa qaradərili..." - VİDEO

720 01.08.2024 08:44 Dünya A A

ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçki yarışında rəqibi olan Kamala Harrisi ələ salıb.

Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, Harris keçmişdə hind mənşəli olması fikrini irəli çəkib, lakin indi o, mənşəyindən üz döndərərək qaradərili olduğunu deyir.

"Mən Kamala Harrisi uzun illərdir tanıyıram. O, həmişə hind əsilli olub. Bir neçə il əvvəl qara rəngə çevrilənə qədər onun qara olduğunu bilmirdim. İndi o istəyir ki, hamı onun qara olduğunu düşünsün. Bilmirəm, hindlidir, yoxsa qaradərilidir. Mən bu qrupların hər ikisinə hörmət edirəm. Amma o, yox, hörmət etmir. Çünki o, həmişə hindli idi və sonra birdən qara oldu" - prezidentliyə namizəd deyib.

Qeyd edək ki, Harris mühacir olan yamaykalı ata və hindli ananın qızıdır. ABŞ senatoru olaraq, siyasətçi Konqresdəki qaradərili fraksiyasının üzvü olub və seçki hüquqlarının gücləndirilməsinə və hüquq-mühafizə orqanlarının islahatına yönəlmiş qanunvericiliyi dəstəkləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR