İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarovadan Ermənistan hakimiyyətinə sərt ittiham

865 18.06.2026 18:15 Dünya A A

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın İrəvana rəsmi etiraz notası göndərdiyini bəyan edib.

Musavat.com xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Ermənistanın Gümrü şəhərində ucaldılmış "Ana Ermənistan" memorial kompleksinin təhqir olunmasını kəskin pisləyib.

Zaxarova baş verən bu insidenti "ortaq tarixi yaddaşa qarşı məqsədyönlü hücum" kimi xarakterizə edib.

O, Ermənistan rəhbərliyinin məsələyə qarşı nümayiş etdirdiyi mövqeyi tənqid edərək, "Ermənistan hakimiyyətinin bu hadisəyə susmaq qərarına gəlməsi təəccüb doğurur və bu, artıq pis bir ənənəyə çevrilməkdədir", – deyə bəyanatına əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR