İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova: “Mən erməni xalqının aldadılmasını istəmirəm”

815 06.12.2023 16:18 Siyasət A A

“Mən Ermənistan xalqının yenidən Qərb dostları tərəfindən aldadılmasını istəmirəm”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu gün biz Qərbin aldatmağı necə bildiyinə dair çoxlu misallar verdik, amma mən Ermənistan xalqının yenidən Qərb dostları tərəfindən aldadılmasını istəmirəm. Məsələ ondadır ki, biz bu barədə artıq danışmışıq. Fransaya və “Bastion” zirehli maşınlarına gəlincə, onlar istifadəyə yararsızdır. Mən bunu noyabrın 22-də brifinqdə ətraflı şərh etdim, əgər Ermənistanın indiki hakimiyyət orqanlarına aid olan bir çox KİV-lər bu məlumatları təhrif etməsəydilər, anti-jurnalistik fəaliyyətlə məşğul olmasaydılar, bu işdə saxtakarlıq olduğunu görərdilər. Niyə saxta? Çünki müxtəlif ölkələrdə istehsal olunan bu hərbi texnika heç vaxt müdafiə qabiliyyətinin artırılmasına töhfə verməyib. Bu, göz qabağındadır”, - deyə Zaxarova qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR