İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan bu ideyadan vaz keçib” - ŞOK AÇIQLAMA

1063 31.07.2024 17:43 Son xəbər A A

“Son vaxtlar bəzi siyasi qüvvələrin səyi ilə Ermənistanın daxili siyasi gündəminə Avropa İttifaqına daxil olmaq üçün referendumun keçirilməsi məsələsi qoyulub. Deyəsən, Paşinyan bu ideyadan vaz keçib”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə yerli jurnalistlərlə görüşdə erməni politoloq Arman Qukasyan danışıb.

“Ermənistan hakimiyyəti anladı ki, Nikol Paşinyan əvvəlcə Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsinin tərəfdarı idisə, sonradan bu ideyadan vaz keçdi. Paşinyan Aİ-yə yönəlik cavab almadığı sualları olduğunu deyib və görünür, referendum ideyasından geri çəkilib. Məncə, Paşinyan Ermənistanın Aİ-də xoş qarşılanmayacağını çox yaxşı başa düşüb”, - deyə Qukasyan qeyd edib.

Son vaxtlar aktivləşən viza rejiminin ləğvi məsələsinə gəlincə, erməni politoloqun sözlərinə görə, bu perspektiv də çox qeyri-müəyyəndir və böyük sual altındadır:

“Çünki əslində viza rejiminin liberallaşdırılması məsələsi əvvəlki hökumət dövründə də müzakirə olunub. Ermənistan həmişə bunun üçün çalışdığını bəyan edib, lakin indiyədək bu məsələdə irəliləyiş olmayıb”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR