İnsanlara hürriyət, millətlərə istiqlal!

İsti havalarda BELƏ QİDALANMAYIN

275 31.07.2024 16:25 Səhiyyə A A

“İsti havalarda ağır, o cümlədən yağlı, şirin, xəmir yeməklərinə üstünlük verilməməsi məsləhət görülür”.

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında nazirliyin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov açıqlayıb.

İSTİ.jpeg (173 KB)

Onun sözlərinə görə, yay aylarında bu qidalardan daha çox istifadə etdikdə sağlamlığımıza mənfi təsir göstərmiş oluruq:

“İsti havalarda yağlı və xəmirli yeməklər orqanizmdə yorğunluğa, baş ağrısı və arterial təzyiqin artmasına səbəb olur. Belə havalarda yemək vərdişlərimizə bəzi dəyişikliklər etməklə özümüzü rahat hiss etmiş oluruq. Yağlı, şirin yeməklər əvəzinə qaynadılmış yeməklərə, tərəvəzlərə üstünlük vermək lazımdır”.

N.Məhərrəmov bildirib ki, qədərində yediyimiz fındıq, qoz, badam kimi məhsulları günlük qəbul etdiyiniz digər yağlı qidaları azaldaraq istifadə etmək olar.

Mütəxəssis-ekspert sonda qeyd edib ki, qızardıldığı halda bütün vitaminləri yox olan tərəvəzləri suda bişirərək və ya salat kimi qəbul etmək daha faydalıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR