İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçında 4 hərbçimiz HƏLAK oldu: DƏHŞƏTLi səbəbləri açıqlandı - CANLI

646 31.07.2024 16:00 Siyasət A A

İyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitləri aşkar edilib.

Laçın rayonu ərazisində Azərbaycan Ordusunun 4 nəfər hərbi qulluqçusunun- Emnalıyev Asif Qəhrəman oğlu, Səmədov Tural Maşallah oğlu, Şahmarlı Emin Oqtay oğlu və Cəbrayılov Fərid Famil oğlunun meyitlərinin aşkar edilməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə hərbi prokurorun böyük köməkçisi Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib. Məlumata görə, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib: "Hazırda Qubadlı hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq. Allah hərbçilərimizə rəhmət eləsin”.

Günün ikinci hadisəsi HAMAS liderinin öldürülməsidir. Artıq İran HAMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsi ilə əlaqədar üç günlük matəm elan edib. Haniyənin Tehranda öldürülməsinin ardından İran İsrailə qarşı təhdid və intiqam mesajları verməyə davam edir. İranın Qum şəhərindəki Cəmkəran məscidinin günbəzində qisas mənasını verən “qırmızı bayraq” qaldırılıb.

“Evimizdə qonağın qanını tökməyin ağır cəzası var. Bu cəzanın nə olduğunu sionistlərə bildirməyə hazır olun”. Musavat.com bildirir ki, İran İnqilab Keşikçilərinin (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı general-mayor Əmir Əli Hacızadə HƏMAS lideri İsmayıl Həniyənin Tehranda qətlə yetirilməsinə münasibət bildirərkən deyib. SEPAH generalı çıxışında HƏMAS liderinin qısasının alınacağını və bu dəfə İsrailə daha çox raketlərlə hücum ediləcəyini açıqlayıb.

"Mən və silahdaşlarım səbirsizliklə ikinci əməliyyatın vaxtının başlamasını gözləyirik. Bu əməliyyat zamanı İsrailə nə qədər raket atılacağını deyə bilmərəm", - deyə Əmir Əli Hacızadə vurğulayıb.
HƏMAS lideri ismayıl Haniyənin qətlinin videosu yayımlanıb. İranın aviasiya və müdafiə məsələlərini işıqlandıran İran əsilli avropalı jurnalist Babək Təqvayi “X” hesabında video paylaşaraq yazıb: “Mossadın İrandakı əməliyyatçıları HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehrandakı iqamətgahına bir ədəd İsrail istehsalı “Spike NLOS” tank əleyhinə raket atıblar. Birinci raket onu partladıb, ikincisi isə onun dünyaya qayıtmayacağını təmin edib. “Spike NLOS" belə işləyir!”.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə HƏMAS lideri Haniyənin öldürülməsini müzakirə edir.

Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/user/TVmusavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR