İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan SON DƏQİQƏ Ermənistan AÇIQLAMASI - “Yaxşı olmayacaq...”

1088 31.07.2024 16:32 Son xəbər A A

“Ermənistanın media resurslarına Qərb təsirinin artması hər bir ölkə kimi yaxşı heç nəyə gətirib çıxara bilməz”.

Musavat.com xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin deyib.

Nastasin iyulun 29-da “Azatutyun” radiostansiyasının keçmiş əməkdaşı Armen Koloyanın Ermənistan Respublikasının İctimai Radiosunun direktoru vəzifəsinə seçilməsi haqqında danışıb.

“Amerikalılar və Aİ-çilər hər yerdə ictimai rəyi Rusiyaya qarşı yönəltmək məqsədi ilə fürsətçi davranırlar. Onlar həm də çoxəsrlik Rusiya-Ermənistan dostluğunun əhəmiyyətini və Moskvanın qardaş Ermənistana tamam başqa sahələrdə göstərdiyi və göstərməkdə olan yardımını azaltmaq istəyirlər”, - deyə Andrey Nastasin qeyd edib.

Onun sözlərinə görə, Moskva İrəvanla kütləvi kommunikasiyalar sahəsində qarşılıqlı fəaliyyət mexanizmləri yaradıb.

“Xüsusən ixtisaslaşmış hökumətlərarası saziş qüvvədədir, idarələrarası dialoq dəstəklənir, jurnalistlər arasında əlaqələr qurulur. Keçən il xarici siyasət fəaliyyətinin informasiya təminatı və media ilə iş üzrə iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb. İrəvanda Rusiya-Ermənistan media forumu keçirilib. Ümid edirik ki, gələcəkdə tərəfdaşlarımızla yaranan problemləri sırf peşəkar şəkildə həll etməyə davam edəcəyik”, - deyə Nastasin vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR