İnsanlara hürriyət, millətlərə istiqlal!

Faciəvi şəkildə ölən hərbçilərimizin FOTOSU

1028 31.07.2024 17:19 Ölkə A A

Xəbər verdiyimiz kimi, bu gün Laçın rayonu ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitləri aşkar edilib.

Musavat.com-un məlumatına görə, kükürdlü suda zəhərlənərək ölən hərbçilərimizdən Fərid Cəbrayılov Kürdəmir, Asif Emnalıyev isə Şamaxı rayon sakini olub.

Qeyd edək ki, hadisə ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.

A.Emnalıyev, F.Cəbrayılov və Emin Şahmarlının fotosunu təqdim edirik:

Fotoda gizir Fərid Cəbrayılov

 

Fotoda kapitan Asif Emnalıyev

 

Fotoda çavuş Emin Şahmarlı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR