İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş Prokurorluq barmaq tuşladı: “Krokus”da və Dağıstanda törədilən teraktlara görə..."

586 31.07.2024 16:38 Dünya A A

Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında və Dağıstanın iki şəhərində terror aktları hakimiyyət orqanlarının yanlış hesablamaları üzündən baş verib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının baş prokuroru İqor Krasnov deyib.

Onun sözlərinə görə, bu faciələr göstərib ki, terrorizmə qarşı mübarizə sahəsində yoxlamalar və cavab tədbirləri başqa səviyyədə olmalıdır.

Krasnov vurğulayıb ki, terror aktları bütün Rusiya cəmiyyətinə və hüquq-mühafizə sisteminə meydan oxuyur.

İyulun 8-də bildirilib ki, müstəntiqlər Dağıstanda baş verən hücumlarla bağlı ictimaiyyətin diqqətini cəlb edən vətəndaşların terror aktlarında əli olub-olmadığını yoxlayır.

Məlum olduğu kimi iyunun 23-də Dərbənddə sinaqoq və kilsədə terror aktı baş verib, eyni zamanda Mahaçqalada polis əməkdaşlarına hücum olub. “Crocus City Hall”da terror aktı martın 22-də baş verib. Terrorçular binaya soxulub, atəş açıb və konsert zalını yandıraraq binadakı insanların qarşısını kəsiblər. Nəticədə 145 adam həlak olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR