İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova Makronu Azərbaycanla bağlı sözlərinə görə ƏLƏ SALDI

3677 06.07.2023 18:25 Siyasət A A

“Bizi təəccübləndirəcək az şey var, amma bəzən Fransa prezidenti Emmanuel Makron buna nail olur. Məsələn, iyunun 28-də Marseldə o, Azərbaycan prezidenti İlham Əliyevə Ermənistanın baş naziri Paşinyanla  müqayisədə daha çox təzyiq etdiyini, Qarabağ məsələsi ilə bağlı yalnız özünün dəqiq mövqeyi olduğunu, demək olar ki, təkbaşına bu mövzunu dünya birliyinin gündəmində saxladığını bəyan etdi”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlər üçün verdiyi həftəlik brifinqdə səsləndirib. Zaxarova burada Fransa prezidentinin Ermənistanla münasibətlərin həlli məsələsində Azərbaycan prezidenti İlham Əliyevə daha çox təzyiq göstərəcəyi barədə bəyanatını şərh edib.

“Bunları eşidəndə sanki  prezident Makronun təvazökarlığının onun kişiliyindən sonra ikinci yerdə dayanması hissi yaranır. Təbii ki, Fransa prezidentinin özünün şəxsi rolu, Dağlıq Qarabağ nizamlanmasındakı xidmətləri və digər məsələlərlə bağlı pafosla danışması bizləri təəccübləndirməkdə davam edir. Çox heyf ki, o, belə səmərəli işin əməli nəticələrindən danışmadı. Çünki proses var, amma nəticə yoxdur. Deyə də bilməz, çünki nəticələri heç kim görməyib. Yeri gəlmişkən, Makronun təkcə Qarabağ məsələsində deyil, üzərinə götürdüyü bir çox başqa işlərdə də hansısa nəticə əldə etdiyini görən olmayıb. Fransanın Qarabağın mürəkkəb problemlərinin həllinə müsbət töhfə verməsinə dair əslində heç bir illüziya da bəsləmirik”,-deyə Zaxarova qeyd edib.

Rusiya XİN sözçüsünün fikrincə, bütün bu dövr ərzində Fransa əksinə, Qarabağ ətrafında gedən prosesləri sabotaj etməklə məşğul olub. Zaxarova buna nümunə olaraq  ötən ilin payızında Fransa Milli Assambleya və Senatının Azərbaycanı pisləyən və rəsmi Bakıya qarşı sanksiyalar tətbiq olunması haqqında qərar qəbul etməsini, habelə Ermənistanda Azərbaycanın da razılığı olmadan, şübhəli mandata malik mülki missiya yerləşdirməsini göstərib.

“Deyə bilərəm ki, bütün bu hərəkətlər, nümayişkaranə addımlar tərəflərə kömək deyil, Rusiya Federasiyasını nizamlanma prosesindən çıxarmaq və öz siyasi, bəzən isə sadəcə olaraq seçkiqabağı məqsədlərini reallaşdırmaq məqsədi daşıyır. Onlar danışıqlar prosesinə müsbət təsir göstərmədilər, əksinə, Fransanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında vasitəçi rolunu tamamilə gözdən saldılar. Amma görürsən, hələ də özlərinin piarı ilə məşğuldurlar..... Ola bilsin ki, bu, onlardan qalan yeganə şeydir”,-deyə Mariya Zaxarova bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR