İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaur Rzayev: “O Zaurlardan təzminat alacağam”

1615 30.01.2024 20:24 Şou-biznes A A

“Elə mahnılar oxumuşam ki, insanlar ona oynamayıb. Bu cəsarəti insanlara verməmişəm ki, mahnıma oynayın. İndi isə hindsayağı mahnılar oxunur”.

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev televiziya verilişlərindən birinin efirində deyib. Müğənni aparıcı Zaur Baxşəliyevin “Sizə adıma görə nə qədər təzminat ödəyəcəyəm” sualına belə cavab verib:

“Siz adımı layiqli yaşadırsınız, sizə özüm ödəyəcəyəm. Digər Zaurlardan təzminat alacağam. Bu ad 1970-ci illərdən məndən gəlib. Azərbaycanda mən yaşda Zaur yoxdur. Anarın da əsərindəki Zaur mənəm. Məni nəzərdə tutub, Fəxrəddin Manafov sevdiyim aktyordur. Mən ola-ola niyə Fəxrəddin çəkilib filmə? Yəqin rejissorun başı qarışıq olub, fikrindən çıxıb. Yenə də sağ olsun ki, adım filmdə qalıb”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR