İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqatalada transformator yandı: Elektrik enerjisinin verilməsində fasilə yarandı

570 24.09.2023 22:53 Hadisə A A

Zaqatalada transformator yanıb.

Axşam saatlarında rayonun Yuxarı Tala Qaraxoba adlanan yayaş məhəlləsində 250 kilovatlıq transformatorda yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğının yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan yoxdu.

Transformatorun yanması səbəbindən əraziyə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Faktla bağlı araşdırma aparılır./APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR