İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin iqtisadiyyatına birbaşa xarici investisiyalar 30 faizə yaxın azalıb

234 30.07.2024 23:04 Dünya A A

Bu ilin yanvar-iyun aylarında Çin iqtisadiyyatına birbaşa xarici investisiyaların (XBİ) həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 29,1 faiz azalaraq 498,91 milyard yuan (68,7 milyard dollar) təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı ölkənin Ticarət Nazirliyi açıqlayıb.

Trading Economics qeyd edir ki, bütün xarici investisiyaların 12,8 faizi yüksək texnologiyalı istehsala yönəldilib, tibbi avadanlıq və peşəkar texniki xidmətlər sektoruna xarici investisiyalar illik müqayisədə müvafiq olara 87,5 faiz və 43,4 faiz artıb.

Çinə birbaşa xarici investisiyalarda ən böyük pay Almaniya (18,1 faiz) və Sinqapura (10,5 faiz) məxsus olub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR