İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft qiymətləri üzüaşağı gedir: SƏBƏB

516 30.07.2024 22:50 İqtisadiyyat A A

Dünya bazarında neft qiymətləri aşağı düşməyə davam edir.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti bir faizdən çox ucuzlaşaraq bir barel üçün 78,96 dollar təşkil edir.

Nyu-York əmtəə birjasında (NYMEX) sentyabr ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 0,79 dollar (1,04 faiz) ucuzlaşaraq 75,02 dollar olub.

Trading Economics qeyd edir ki, treyderlər Çindən gələn tələbdən narahat olmaqda davam edirlər. Çin ÜDM-in dinamikası ilə bağlı zəif rüblük məlumatların dərcindən sonra bu iqtisadiyyatın ümumi perspektivləri ilə bağlı narahatlıqlar da artıb.

Bundan əlavə, mediada Hizbullahın İsraillə genişmiqyaslı müharibə planlaşdırmaması ilə bağlı yayılan xəbərlərdən sonra Yaxın Şərqdə geosiyasi gərginliklə bağlı narahatlıqlar azalalır ki, bu da neft qiymətlərini aşağı salır.

Neft bazarı üçün əlavə mənfi amil dolların möhkəmlənməsidir. Dolların altı əsas dünya valyutası qarşısında dəyərini ölçən DXY indeksi bu gün 0,2 faiz artıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR