İnsanlara hürriyət, millətlərə istiqlal!

Zakir Həsənov İsrailin Müdafiə Nazirliyinin Baş direktoru ilə görüşüb - FOTO

476 18.09.2023 19:14 Siyasət A A

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin Müdafiə Nazirliyinin Baş direktoru cənab Eyal Zamirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, general-polkovnik Zakir Həsənov Azərbaycan-İsrail münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Eyal Zamir mövcud əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə İsrail arasında müdafiə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Zakir Həsənov İsrail MN-in Baş direktoru ilə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR