İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yuventus"un sabiq futbolçusu: "Ronaldunun komanda yoldaşına əl qaldırdığı vaxt olub"

781 30.08.2022 23:07 İdman A A

"Ronaldunun komanda yoldaşına əl qaldırdığı vaxt olub".

"Report" "Sport Mediaset"ə istinadən xəbər verir ki, bunu İtaliyanın "Yuventus" klubunun sabiq futbolçusu Massimo Mauro deyib.

Hazırda siyasətlə məşğul olan 60 yaşlı Mauro bildirib ki, "Napoli"də komanda yoldaşı olmuş argentinalı Dieqo Armando Maradonanı "Yuventus"un sabiq futbolçusu, hazırda İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən portuqaliyalı Kriştianu Ronaldu ilə müqayisə etmək olmaz:

“Ronaldonu Maradona ilə müqayisə etməyin. Bu, şokoladı nə iləsə müqayisə etmək kimidir. Komanda yoldaşları Dieqonu ən yaxşı olduğuna görə deyil, səxavətli olduğuna görə sevirdilər. Üstəlik, o heç vaxt komanda yoldaşına əl qaldırmayıb. Kriştianunun isə komanda yoldaşına əl qaldırdığı vaxt olub. Kyezadan Ronaldu ilə arasında nə baş verdiyini soruşun".

Qeyd edək ki, Dieqo Maradona 2020-ci ilin noyabrın 25-də dünyasını dəyişib. 37 yaşlı Kriştianu Ronaldu isə 2018-2021-ci illərdə "Yuventus"da çıxış edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR