İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yuventus” Poqba ilə müqaviləni razılaşdırdı

492 24.06.2022 02:09 İdman A A

“Yuventus” yarımmüdafiəçi Pol Poqba ilə müqaviləni razılaşdırıb.

Bu barədə jurnalist Fabrizio Romano “Twitter” hesabında yazıb.

İnsayderin sözlərinə görə, müqavilə iyulun əvvəlində imzalanacaq, sənədin bütün detalları artıq razılaşdırılıb. Poqba iki həftədən sonra İtaliyaya gələcək.

Daha əvvəl 29 yaşlı fransalı ilə 4 illik müqavilə imzalayacağı bildirilirdi. Onun maaşı bonuslar nəzərə alınmadan mövsüm üçün 8 milyon avro olacaq.

Ötən mövsüm fransalı bütün yarışlarda 27 oyunda bir qol vurub və 9 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Mançester Yunayted” 2016-cı ildə “Yuventus”dan yarımmüdafiəçini 105 milyon avroya alıb.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR