İnsanlara hürriyət, millətlərə istiqlal!

Yük maşını tuneldə yandı - 31 nəfər tüstüdən zəhərləndi (VİDEO)

465 30.05.2023 03:25 Hadisə A A

Türkiyənin İzmir şəhərində tuneldə yük maşınının alovlanma anı təhlükəsizlik kamerasına düşüb.

Musavat.com xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən İzmir Valiliyi tüstüdən zərər çəkən 31 nəfərin xəstəxanalarda müalicə olunduğunu və onların həyati təhlükəsinin olmadığını bildirib.

Yanğının tuneldə olması səbəbindən tüstü tunelin içini bürüyərkən xəbərdarlıq üzərinə hadisə yerinə çoxlu sayda yanğınsöndürən, sağlamlıq və polis qrupları göndərilib. Qısa müddətdə hadisə yerinə çatan yanğınsöndürənlər alova müdaxilə edib, yanğın bir müddət sonra nəzarətə götürülüb. Tuneldə olan və tüstüdən təsirlənən avtomobildə olan çox sayda vətəndaş da polis, jandarma və yanğınsöndürənlər tərəfindən çıxarılıb.

Vətəndaşalara yardım etməyə çalışarkən 5 dövlət məmurunun tüstüdən zəhərləndiyi də öyrənilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR