İnsanlara hürriyət, millətlərə istiqlal!

"Konfrans Liqasına belə gəlmək olmaz" - Samir Abasov

364 01.08.2024 02:36 İdman A A

"Futbolçularıma təşəkkür edirəm. Ağır matçdan çıxdıq. Əfsuslar olsun ki, qələbə qazana bilmədik".

QOL.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Fehervar"la cavab matçından sonra deyib. "Sumqayıt" iki görüşün cəminə əsasən (ilk oyun 1:2, cavab oyunu 0:0) uduzub və turnirdə mübarizəni dayandırıb.

Mütəxəssis komandanın heyətini tam formalaşdıra bilmədikləri üçün məğlubiyyətlə üzləşdiklərini deyib: "Buraya böyük ümidlərlə gəlmişdik, baxmayaraq ki, böyük itkilərimiz var idi. Heyəti qura bilməmişik. Ümumiyyətlə, bu turnirə hazırlıqsız başladıq. İsa Sulimanın zədələnməsi, Murad Xaçayevin də bizi pis vəziyyətdə qoyması... 2-3 gün ərzində çox şeyi dəyişib oyuna çıxmalı idik. Futbolçular əllərindən gələni etdilər. Onlara təşəkkür edirəm, canlarını qoydular. Artıq çempionata köklənəcəyik.

Bir futbolçunun yoxluğundan sonra artıq məcbursan ki, hamını fərqli mövqedə oynadasan. Yeni transferlərimizdən Slavko Radoviç yorulmuşdu, əvəzlənməsini istəyirdi, amma kimi salaq oyuna? Konfrans Liqasına belə gəlmək olmaz. Artıq bu oyunlar bizim üçün təcrübədir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR