İnsanlara hürriyət, millətlərə istiqlal!

YPX avtomobili qəzaya düşüb - polis xəsarət alıb

267 07.07.2022 10:08 Hadisə A A

Bakıda Yol Patrul Xidməti (YPX) avtomobili qəzaya düşüb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, hadisə Ziya Bünyadov prospektindəki tuneldə baş verib:

"Qəzadan öncə tunelin içərisini yuyublar. Yer sürüşkən olub. YPX avtomobili tuneli yumaq üçün su daşıyan maşınla toqquşub. Nəticədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir”.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR