İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə ŞOK! Millət vəkilinə yaxınlaşaraq tapançadan ATƏŞ AÇDI

827 04.08.2024 18:40 Region A A

Türkiyənin Qaziantep şəhərində fıstıq istehsalçıları etiraz aksiyası keçirib. Qiymətlərdən narazı olan istehsalçılar traktorlarla küçələrə çıxıblar.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, fermerlərə dəstək verən CHP-li millət vəkili Melih Meriçin başına inanılmaz hadisə gəlib.

Belə ki, o, çıxış edərkən muxtar olduğu bildirilən şəxs millət vəkilinə yaxınlaşaraq havaya atəş açıb.

Həmin şəxs atəş açan zaman "Heç kəsi danışmağa qoymayacağam" deyə qışqırıb.

Mühafizəçilər dərhal müdaxilə edib. Polis tapançadan atəş açan şəxsi saxlayıb.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR