İnsanlara hürriyət, millətlərə istiqlal!

Nurməhəmmədovun “Mersedes”i 16 milyona satışa çıxarıldı

841 04.08.2024 21:00 Dünya A A

Əfsanəvi rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədovun adına olan “Mersedes Benz AMG-GT” markalı avromobil 16 milyon rubla təcili satışa çıxarılıb.

Musavat.com ölkə.az-a istinadən xəbər verir ki, bu barədə “Maş” Teleqram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, idmançı 2022-ci ildə həmin avtomobili öz pərəstişkarına satsa da, alıcı sənəd problemi səbəbindən onu adına keçirə bilməyib. Və həmin vaxtdan da avtomobil qarajda qalıb.

Bildirilib ki, iyulun 5-də Rusiyanın Federal Vergi Xidməti ödəmədiyi vergilərə görə Nurməhəmmədovun hesablarına həbs qoyub. İcraçıların avtomobili də alacaqlarından qorxan sahibi öncə 20, daha sonra 16 milyon rubla satışa çıxarıb.

O, hətta avtomobili Maxaçqalada 3 otaqlı və ya Moskvada 1 otaqlı evə də dəyişdirməyə razı olduğunu deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR