İnsanlara hürriyət, millətlərə istiqlal!

Wall Street Journal: Rusiya və Qərb arasında əsir mübadiləsi Ərdoğanın...

549 04.08.2024 20:20 Siyasət A A

"Rusiya Federasiyası ilə Qərb arasında əsir mübadiləsi Ərdoğan üçün növbəti diplomatik uğurdur"

Musavat.com xəbər verir ki, bu barədə "Wall Street Journal"da dərc edilmiş məqalədə bildirilib.

Qeyd edilib ki, Türkiyə kəşfiyyat xidmətlərinin koordinasiya etdiyi Rusiya Federasiyası ilə Qərb arasında qarşılıqlı məhbus mübadiləsi əməliyyatı prezident Rəcəb Tayyib Ərdoğan üçün növbəti diplomatik uğurdur.

“Bu, bir daha Qərbə Türkiyənin vasitəçilik dəyərini xatırladır” -, deyə məqalədə bu məqam xüsusi olaraq vurğulanır.

Məqalədə qeyd edilir ki, bu, ABŞ, Almaniya, Polşa, Sloveniya, Norveç, Rusiya Federasiyası və Belarusiya həbsxanalarından 26 nəfərin azad edildiyi son dövrlərin ən böyük mübadilə əməliyyatıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR