İnsanlara hürriyət, millətlərə istiqlal!

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb

647 04.08.2024 18:54 İdman A A

Paris-2024 Yay olimpiya Oyunlarında bu gün Azərbaycanın üç idmançısı mübarizə aparıb.

Əvvəlcə Anna Skidan çəkicatma yarışlarında bacarığını göstərib.

Atletimiz təsnifat mərhələsində ilk iki cəhdində 69,58 və 69,04 metr nəticə ilə yadda qalıb. 3-cü cəhdində isə daha uğurlu çıxış edərək 72,55 metr göstəriciyə nail olub. Bu nəticədən sonra A.Skidan A və B qruplarının yekununda 32 atlet arasında 6-cı yeri tutub və final mərhələsinə adını yazdırıb. O, avqustun 6-da keçiriləcək finalda qüvvəsini sınayacaq.

Azərbaycanın boksçusu Alfonso Dominqes də uğurlu çıxışı ilə yadda qalıb. Yarımfinalda ispaniyalı Emmanuel Reyes Pla üzərində qələbə qazanan A.Dominqes fəxri kürsünün birinci pilləsinə daha da yaxınlaşıb. Boksçu avqustun 9-da keçiriləcək finalda qızıl medal qazanmağa çalışacaq.

Atıcı Ruslan Lunyov isə 25 metr məsafəyə atəşaçma yarışında mübarizə aparıb. İki mərhələnin yekunlarına görə ümumilikdə 580 xal toplayan idmançı təsnifat mərhələsində 29 iştirakçı arasında 18-ci olub və finala vəsiqə qazana bilməyib.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.\\“Report”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR